Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi açıq tender elan edib.
FED.az xəbər verir ki, müsabiqə 2 ədəd xidməti avtomobilin satın alınmasını əhatə edir.
Qeyd edək ki, tender çərçivəsində 5 oturacaqlı və buraxılış ili 2025-ci il olan avtomobillər satın alınacaq.
Müsabiqədə iştirak haqqı 350 AZN-dir.
Satınalan təşkilatın VÖEN-i: 1400057141
Satınalan təşkilatın ünvanı: Bakı
Ehtimal olunan qiymət: 406.000,00 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.11.2025 17:00
Zərflərin açılış tarixi və vaxtı: 20.11.2025 17:00
Təchizatçılarla vasitəçi olmadan əlaqəni təmin edən və məlumat mübadiləsini aparan vəzifəli şəxs: Sadıqzadə Nərgiz, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: +994 50 879 22 28













