Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tender elan edilmişdi.
Bakıda 1,7 milyon manata yeni dayanacaq pavilyonları quraşdırılacaq
FED.az xəbər verir ki, BMW və Toyota markalı minik avtomobillərinin cari təmir xidmətlərinin satın alınması məqsədilə elan edilmiş tender nəzarət orqanının qərarı ilə ləğv olunub.
Satınalma proseduru üzrə ehtimal olunan dəyər 12.050,75 manat təşkil edirdi. Müsabiqə 31 yanvar 2025-ci il saat 17:22-də elan edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılış tarixi isə 24 fevral 2025-ci il saat 16:00 olaraq müəyyən olunmuşdu.
Tenderin ləğv edilməsinə səbəb təchizatçıların təqdim etdiyi təkliflərin şərtlər toplusunun tələblərinə uyğun olmaması olub. Bu səbəbdən satınalma "Dövlət satınalmaları haqqında" Qanunun 36.1.2-ci maddəsinə əsasən ləğv edilib.