Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Turizm Agentliyi ərəb jurnalistləri üçün 847 min manatlıq səfər təşkil edəcək
FED.az xəbər verir ki, tenderin qalibi “SMCS” (VÖEN: 1404327661) olub.
Tender üzrə ehtimal olunan satınalma məbləği 2 496 863 manat olaraq müəyyən edilmişdi. Lakin qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 744 986 manat təşkil edib. Bu isə ilkin proqnozla müqayisədə 751 877 manat və ya təxminən 30% daha azdır.
Qeyd edək ki, “SMCS” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 88 500 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mübariz Cəfərov Məhərrəm oğludur. Hüquqi ünvanı AZ1111, Bakı şəhəri Nəsimi Rayonu, Cavad Xan, ev 70, m. 19 ünvanında yerləşir.