Ərazi Tikinti-Planlaşdırma Mərkəzi açıq tender elan edir.
İcra Hakimiyyəti bu şəxslə icarə müqaviləsi bağladı - MƏBLƏĞ
FED.az xəbər verir ki, elanda Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidməti nəzərdə tutulub.
Tender çərçivəsində Bakı şəhəri üzrə Səbail rayonu (Qurban Abbasov küçəsi, 48), Nərimanov rayonu (Fətəli Xan Xoyski küçəsi, 144), Nəsimi rayonu (Mirzə İbrahimov küçəsi, 68 və Həzi Aslanov küçəsi, 101) ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə həmin obyektlərdə inşaat-möhkəmləndirmə və abadlıq işləri üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidmətləri həyata keçiriləcək.
Müsabiqədə iştirak haqqı 450 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1702590101
Satınalan təşkilatın ünvanı: Bakı ş. Səbail rayonu, İstiqlaliyat 18
Ehtimal olunan qiymət: 556.230,87 AZN
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 30.04.2025 14:00
Zərflərin açılış tarixi və vaxtı: 30.04.2025 14:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Rüfət Qasımov, Mühəndis
Email : [email protected]
Əlaqə telefonu : 012-492-31-89 dax (771)