“Şahdağ Turizm Mərkəzi” QSC qarla örtülü istirahət məkanlarının fasiləsiz fəaliyyəti üçün yeni tenderlərə yekun vurub.
“Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
FED.az xəbər verir ki, mərkəz İtaliyanın “TechnoAlpin S.p.A” şirkəti ilə ümumilikdə 656 min manatdan çox dəyəri olan 2 müqavilə imzalayıb.
Satınalmaların hər ikisi süni qar hazırlayan generatorların ehtiyat hissələrinin alınması və texniki xidmət göstərilməsi ilə bağlı olub. Birinci satınalma müqaviləsinin dəyəri 533 304 manat, ikinci müqavilənin dəyəri isə 123 203 manat təşkil edir.
Xatırladaq ki, “TechnoAlpin S.p.A” şirkəti süni qar sistemləri üzrə dünyada ixtisaslaşmış tanınmış şirkətlərdən biridir. Şirkət 1990-cı ildə İtaliyanın Bolzano şəhərində təsis olunub və bu gündəlikdə qış turizmi üçün texnoloji həllər təqdim edən qabaqcıl istehsalçılardan biri hesab olunur.