Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi təmir işləri ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Şuşa şəhərində yerləşən keçmiş poçt binasının əsaslı təmiri işlərinin satın alınmasını əhatə edir.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Açıq tenderin predmeti haqqında ətraflı məlumat tenderin Əsas şərtlər toplusunda verilir. Maraqlanan təşkilatlar iştirak haqqını ödəyərək yazılı müraciət edir və qeydiyyata alınır. Qeydiyyata alındıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov, 29 ünvanından tenderin Əsas şərtlər toplusunu (Azərbaycan dilində) əldə edə bilərlər. Əlaqələndirici şəxs: Kərimli Babək Əyyub oğlu, telefon: +994 70 203 05 20 ([email protected])
İştirak haqqı ödəmək üçün bank rekvizitləri:
Benefisiarın adı: "ŞUŞA ŞƏHƏRİ DÖVLƏT QORUĞU İDARƏSİ" PUBLİK HÜQUQİ ŞƏXSİ
Benefisiarın VÖEN-i: 8600208181
Valyuta: AZN
Benefisiarın bank: "Kapital Bank" ASC Səbail filialı
Filialın kodu: 200059
VÖEN: 9900003611
SWIFT kod: AIIBAZ2XXXX
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Benefisiarın hesabı: AZ34AIIB380900C9449351435105
İştirak haqqı: 1500,00 manat.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü.
4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. Tikinti üzrə fəaliyyət növlərini həyata keçirməyə icazə verən müvafiq lisenziyaların surəti (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti).
9. "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında qərara əsasən aid olduğu sahibkarlıq subyekti barədə rəsmi məktub sənədin əsli və ya notarial təsdiq olunmuş surəti).
10. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti).
11. İddiaçı inşa etdiyi analoji tikililər barədə təsdiqedici sənədlərin (müqavilə, akt, Forma 2 və s.) surətini və inşasını davam etdirdiyi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir. Podratçı təcrübəsini sübut etmək üçün ən azı bir ədəd oxşar obyekt inşa edib təhvil vermiş olmalıdır.
12. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti).
13. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (sənədin əsli və ya notarial təsdiq olunmuş surəti); -Hüquqi və faktiki ünvanlar barədə arayış vermək.
14. Tender təklifini və tenderlə əlaqədar satınalan təşkilata təqdim olunan digər sənədləri imzalayan şəxsin tender təklifini və həmin sənədləri imzalamaq səlahiyyətini sübut edən sənədlər. Müəssisənin rəhbərinin təyin edilməsi haqqında qərarın surəti və imzasının notarius tərəfindən təsdiq olunmuş nümunəsi; - Müəssisənin strukturu və ştat cədvəli barədə arayış.
15. Müqavilənin icrasına cəlb olunacaq hər ixtisas üzrə bütün işçilər haqqında cədvəldə verilmiş məlumat (arayış vermək), hər bir işçi ilə bağlanmış əmək müqaviləsinin surəti (və ya işçinin satınalma müqaviləsinin icrasında iştirak edəcəyi barədə razılıq ərizəsi; ərizədə işçinin soyadı, adı, atasının adı, doğum tarixi və yeri, satınalma müqaviləsinin icrasında yerinə yetirəcəyi vəzifə qeyd olunmalıdır).
16. Müqavilənin icrasına cəlb olunacaq subpodratçılar haqqında məlumat (arayış vermək).
17. Müqavilənin icrası, eyni zamanda işlərin yerinə yetirilməsi üçün istifadə olunması nəzərdə tutulan nəqliyyat vasitələri, texnikalar və avadanlıqlar haqqında məlumat (arayış vermək).
18. Son üç il ərzində yerinə yetirdiyi bütün müqavilələr haqqında məlumat (arayış vermək).
19. Son üç il maliyyə hesabatları: mühasibat balansları, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kənar audit tərəfindən tərtib olunmuş audit hesabatları (əgər varsa), vergi orqanlarına verilmiş hesabatlar, maliyyə fəaliyyəti haqqında vergi orqanlarına təqdim olunmuş illik vergi bəyannamələrinin surəti və s. qeyd olunan sənədlər ardıcıllıqla sıralanmalı və surətləri əlavə olunmalıdır.
20. Podratçıların tender təkliflərinin təqdim olunmasının son tarixindən əvvəlki son 36 ay ərzində ümumi maliyyə dövriyyəsi barədə bank tərəfindən verilmiş rəsmi arayış təqdim olunmalıdır. Arayışda bank hesabının (hesablarının) təqdim olunan tarixə vəziyyəti (hesab qalığı, hesaba yönəldilən tələblər (kartoteka-2) və s.) barədə məlumatlar qeyd olunmalıdır.
21. Tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.
İddiaçılar tender təklifi və təklifin təminatı istisna olmaqla bütün digər sənədləri 16 mart 2023-cü il saat 15:00-a qədər Tender komissiyasına təqdim etməlidirlər. Həmin sənədlərdən hər hansı birini təqdim etməyən və ya ixtisas göstəricilərinə dair tələblərə uyğun olmayan iddiaçının tender təklifi qəbul olunmur.
İddiaçılar öz tender təkliflərini (imzalanmış, möhürlənmiş, ikiqat bağlama zərfdə iki nüsxədə, əsli və surəti olmaqla müşayiət məktubu ilə birgə) 03 aprel 2023-cü il saat 15:00-a qədər yuxarıda qeyd olunan ünvana təqdim etməlidirlər. Göstərilən tarixdən gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender təklifi zərfləri 04 aprel 2023-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov, 29 ünvanında açılacaqdır.
Tender komissiyası