Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin balansına verilmiş əmlakların qiymətləndirilməsi" tenderinə yekun vurub
FED.az xəbər verir ki, tenderin qalibi “Real Prays” MMC (VÖEN: 2000069891) olub.
Şirkətlə 410 005 manat məbləğində müqavilə imzalanıb.
Qiymətləndirməyə 221 ədəd abidə və digər tarixi tikilinin, 32 ədəd çoxmənzilli yaşayış evinin. 557 ədəd fərdi yaşayış evinin, 291 ədəd qeyri-yaşayış binalarının, 201 ədəd nəqliyyat infrastrukturunun və 44 ədəd digər qurğularının əsas şərtlər toplusuna uyğun olaraq qiymətləndirmənin həyata keçirilməsi (torpaq sahəsi ilə birgə), hesabatın hazırlanması, ölçülməsi, müvafiq dövlət orqanları qarşısında qiymətin əsaslandırılması daxildir.
Qeyd edək ki, "Real Prays" MMC 08.05.2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapialı 160 manatdır. Qanunin təmsilçisi Ayan Qəmbərova Azər qızıdır. Hüquqi ünvanı Az1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov, ev 35-də yerləşir.