Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə bir neçə yaşayış binalarının tikintisi üzrə 2 böyük tenderin nəticələrini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu 1-2-3 otaqlı mənzillər alır – TENDER ELANI
FED.az xəbər verir ki, 1-ci tender
Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-03 (Məhəllə 03) (Yaşayış evi-10, Yaşayış evi-11, Yaşayış evi-12, Yaşayış evi-13),
Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-04 (Məhəllə 04) (Yaşayış evi-14, Yaşayış evi-15, Yaşayış evi-16) 3-5 mərtəbəli yaşayış binalarının (avto dayanacaqlarla birgə) tikintisi və abadlıq işlərini əhatə edib.
FED.az xəbər verir ki, tenderin nəticələrinə görə "ARCHİCO" MMC şirkəti qalib gəlib. Şirkətlə 20 milyon 852 min 789 AZN məbləğində müqavilə imzalanıb.
2-ci tender isə
Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-05 (Məhəllə 05) (Yaşayış evi-17, Yaşayış evi-18, Yaşayış evi-19, Yaşayış evi-20),
Şuşa şəhəri Cənub yaşayış zonası-11, Blok-06 (Məhəllə 06) (Yaşayış evi-21, Yaşayış evi-22, Yaşayış evi-23, Yaşayış evi-24 3-5 mərtəbəli yaşayış binalarının (avto dayanacaqlarla birgə) və mühəndis qurğularının tikintisi işlərinin satınalmalası işlərini əhatə edib.
Həmin tenderdə də "ARCHİCO" MMC şirkəti qalib gəlib. Şirkətlə 19 milyon 733 min 423 AZN məbləğində müqavilə imzalanıb.
Onu da qeyd edək ki, bundan əvvəl sözügedən şirkət "Azərsu" ASC-nin 9 milyon 377 min 067 manat məbləğindəki “Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması” (05.07.2022) tenderinin də qalibi olub.