Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin müxtəlif bölgələrində mənzillərin alınması üzrə tenderin vaxtını uzadıb.
Eləcə də bax: Dövlət qurumu çoxsaylı - AUDİO QURĞULAR ALIR - TENDER
FED.az xəbər verir ki, nazirliyin 30 avqust 2022-ci il tarixdə elanı verilmiş Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Göygöl, Salyan, Lənkəran rayonlarında və Mingəçevir, Şirvan şəhərlərində 1, 2 və 3 otaqlı mənzillərin satın alınması ilə əlaqədar keçiriləcək açıq tender üzrə qiymət təkliflərinin verilməsi tarixi və vaxtı 13 oktyabr 2022-ci il saat 15:00-dan 31 oktyabr 2022-ci il saat 15:00-dək uzadılır.
Tender təkliflərinin açılış tarixi və vaxtı 01 noyabr 2022-ci il saat 15:00-a təyin olunur.