Şuşada yeni yaşayış binalarının tikintisi üzrə tender elan edilib.
FED.az xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 36,6 milyon manatlıq tikinti və abadlıq işlərinin satın alınması üçün tendar elan edib.
Tenderdə Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlər nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 5 500 manatdır.
Ehtimal olunan qiymət 36 milyon 671 min 544 AZN təşkil edir.
Əlaqələndirici şəxs – Babək Kərimli, Satınalma sektorunun müdiri
E-poçt: [email protected]
Telefon: +994 70 203 05 20
İddiaçılar təkliflərini 7 yanvar 2026-cı il, saat 15:00-a qədər satınalan təşkilatın ünvanına təqdim edə bilərlər.











