Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “İTSOL” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Eləcə də bax: Dövlət Agentliyi biri 27 450 manatdan 60 avtomobil alır - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tikilməkdə olan Sumqayıt yeni “ASAN xidmət” mərkəzinin informasiya texnologiyaları (kompyüter və digər texniki avadanlıqlar) avadanlıqlarının satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 977 013 manatdır.