Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri” tenderinin nəticələrini elan edib.
Qarabağda yenidən qurma işlərinə nəzarət bu şirkətə - HƏVALƏ EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “EL EPCM” MMC olub.
Qalib şirkətlə 41 505 292 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, bu il ərzində “EL EPCM” MMC daha iki tenderdə qalib seçilib və dövlət qurumlarından toplamda 3 158 962 AZN dəyərində sifariş alıb. Şirkət xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması istiqamətində elan olunmuş tenderləri udub.
Qeyd edək ki, “EL EPCM” MMC-nin nizamnamə kapitalı 100 AZN təşkil edir və qanuni təmsilçisi Fərman Məmmədov Zöhrab oğludur.