Sumqayıt Dövlət Universiteti “Abadlaşdırma xidməti haqqının ödənilməsi(Sumqayıt Dövlət Universitetinin ərazisində abadlıq və yenidənqurma işlərinin görülməsi)” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Yeni Memar” MMC olub. Şirkətlə 719 min 517 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 261 min 644 manat məbləğindəki “Qeyri yaşayış binalarının əsaslı təmiri ( 1 nömrəli yataqxana binasında yenidənqurma,təmir və bərpa işlərinin görülməsi)” tenderini (10.11.2022) qazanıb.