Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhər tullanti poliqonunda görüləcək cari təmir işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi Qartal Tikinti Firması olub. Şirkətlə 810 min manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Sosial Xidmətlər Agentliyinin 18 min 146 manat məbləğindəki “Sosial Xidmətlər Agentliyinin balansında olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 239 ünvanında yerləşən inzibati binanın cari təmiri xidmətlərinin satın alınması” tenderini (26.11.2021) qazanıb.