"Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu" (VÖEN – 1400305341) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində klub-icma mərkəzinin tikintisidir. Ehtimal olunan qiymət 2 108 811 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 22 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Aygun Hüseynova - Satınalmalar üzrə menecerin müavini
[email protected]
+994 12 431 87 03
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 22 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanına təqdim edə bilərlər.












