"Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu" (VÖEN – 1400305341) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Cəbrayıl rayonunun Şükürbəyli kəndində 1042 ailəlik (I mərhələ - 635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər və yağış kanalizasiya şəbəkəsinin tikintisidir. Ehtimal olunan qiymət 7 149 178 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 20 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 1 500 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Aygun Hüseynova - Satınalmalar üzrə menecerin müavini
[email protected]
+994 12 431 87 03
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 20 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Tbilisi prospekti, 57D ünvanına təqdim edə bilərlər.












