Su Meliorasiya Xidməti “Babək rayonu Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisi” nin satınalınması” tenderinin nəticələrini elan edib.
Bu şirkət dövlət fondunun binasını 17,8 milyon müqabilində - TƏMİR EDƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC (VÖEN: 1501843641) olub.
Qalib şirkətlə 28 740 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Hovers Group” MMC-nin nizamnamə kapitalı 345 720 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Zeynalov Adgözəl oğludur.