Azərbaycanda keçirilən tenderlər dövlət qurumlarının müxtəlif infrastruktur layihələri üzrə həyata keçirdikləri mühüm proseslərdən biridir, xüsusilə su təchizatı, meliorasiya və kanalizasiya sistemlərinin yaradılması istiqamətində böyük məbləğli müqavilələr bağlanır.
Dövlət qurumları işçilərini neçəyə sığortalayırlar? – ƏN BAHALI VƏ UCUZ XİDMƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda mühafizə tenderlərinin 80%-ini iki şirkət udur - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, bu sahədə bu il ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən 32 tenderə yekun vurulub. Tenderlərin ümumi dəyəri isə 500 milyon manatdan çoxdur.
Keçirilən tenderlərdə say və məbləğ baxımından ən çox uğur qazanan şirkətlərdən biri "Euroline" QSC olub. Şirkət ümumilikdə 6 tenderi qazanaraq, dövlət qurumu ilə 60 milyon 28 min manat dəyərində müqavilələr bağlamışdır.
Qeyd edək ki, “Euroline” QSC 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Muhammad Asifdir. Hüquqi ünvanı AZ5526, Şəki Rayonu, Qoxmuq, kəndi ünvanında yerləşir.
Sayca tenderləri ən çox udan ikinci şirkət "Ensol" MMC şirkəti olub və 3 tenderdə qalib seçilib. Şirkət 3 tenderdən ümumilikdə 8 milyon 199 min manat dəyərində sifariş qəbul edib.
Qeyd edək ki, “Ensol” MMC-nin nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəxtiyar Məmmədzadə Elçin oğludur.
Siyahıda üçüncü yeri nə az, nə çox 3 şirkət tutur və hər bir şirkət 2 tender udub.
Tenderin məbləği baxımından ən böyük sifarişi «Muğansutikinti» MMC alıb – 235 milyon manat. Sözügedən tender Yuxarı Şirvan kanalının yenidən qurulması layihəsinə aiddir.
Qeyd edək ki, “Muğansutikinti” MMC 01.03.2000-ci il tarixində yaradılıb, nizamnamə kapitalı 597 230 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirqəfər Talıbov Mirəziz oğludur. Hüquqi ünvanı AZ5423, Sabirabad rayonu, Qalağayın kəndi ünvanında yerləşir.
Bu siyahıda sifarişin məbləği üzrə sonrakı yeri "El Epcm" MMC tutur - (51,6 milyon manatlıq tenderi udub) və 41,5 milyon manatlıq müqavilə ilə Sumqayıt şəhərində "Acı dərə" kanalının yenidən qurulması işləri sifarişini alıb.
Qeyd edək ki, “EL EPCM” MMC-nin nizamnamə kapitalı 100 AZN təşkil edir və qanuni təmsilçisi Fərman Məmmədov Zöhrab oğludur.
Yerdə qalan 2 şirkət “Protean Construction” ASC və “T.T.Ş.-İnşaat” MMC müvafiq olaraq 33,8 milyon manat və 29,5 milyon manat sifariş götürüblər.
Qeyd edək ki, “Protean Construction” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 160 672 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhəmməd Təhməzov Ağca oğludur. Hüquqi ünvanı Az1026, Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov, ev 236 yerləşir.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 27 411 150 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xalıqverdi Məmmədov Malça oğludur. Hüquqi ünvanı AZ1031, Bakı Şəhəri Nizami Rayonu, Babək pr., ev 53 ünvanında yerləşir.
Tenderlər haqqında daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalma predmeti |
Qalibin adı |
Məbləğ |
Tarix |
1 |
Ucar rayonunun Qəzyan, Boyat, Bağban, Bərguşad, Yuxarı Şilyan və Qulabənd kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri |
"Euroline" QSC |
6 665 309 AZN |
21.11.2024 |
2 |
“Şəki şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yenilənməsi” işlərinin satın alınması |
“Euroline” QSC |
8 899 500 AZN |
10.10.2024 |
3 |
"Samur çayının Azərbaycana məxsus hissəsində çay məcrasında təmizləmə və sahilbərkitmə" işlərinin satın alınması |
"Euroline" QSC |
20 016 000 AZN |
26.09.2024 |
4 |
Cəlilabad rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün sututarların təmir-bərpası (Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarları) |
"Euroline" QSC |
2 292 461 AZN |
24.10.2024 |
5 |
"Balakən rayonunun Mazımqara kəndi yaxınlığında sərhəd keçid məntəqəsinin və ərazilərin Mazımçayın sel sularından mühafizəsi tədbirləri" işlərinin satın alınması |
"Euroline" QSC |
1 978 000 AZN |
26.09.2024 |
6 |
“Zəngilan şəhərinin və Zəngilan rayonunun Cahangirbəyli kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"Euroline" QSC |
20 177 410 AZN |
26.09.2024 |
Cəmi : 60 028 680 AZN |
||||
|
||||
1 |
Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tətbirlərin aparılması (Sabirabad rayonu) məqsədilə Kür çayı üzərində üzən nasos stansiyasının və suqəbuledici qurğunun tikintisi |
"Ensol" MMC |
2 401 843 AZN |
27.11.2024 |
2 |
+41 Qərb su anbarı ərazisində təxirəsalınmaz işlərin görülməsi, o cümlədən ayrılmış torpaq sahəsində mövcud su kəmərlərinin və kanalizasiya kollektorlarının yerinin dəyişdirilməsi üzrə işlərin satın alınması |
Ensol MMC |
1 303 426 AZN |
25.11.2024 |
3 |
“Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması" işlərinin satın alınması |
"Ensol" MMC |
4 494 600 AZN |
01.10.2024 |
Cəmi : 8 199 869 AZN |
||||
|
||||
1 |
Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri |
"El Epcm" MMC |
41 505 292 AZN |
29.11.2024 |
2 |
“Xocalı şəhərinin, Xocalı rayonunun Malıbəyli kəndinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması” işlərinin satın alınması |
“El Epcm” MMC |
1 909 200 AZN |
01.10.2024 |
Cəmi : 43 414 492 AZN |
||||
|
||||
1 |
“Şuşa rayonu, Turşsu qəsəbəsinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
1 776 000 AZN |
15.10.2024 |
|
2 |
“Şuşa şəhərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
“Protean Construction” ASC |
32 050 000 AZN |
15.10.2024 |
Cəmi : 33 826 000 AZN |
||||
|
||||
1 |
"İşğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı təxirəsalınmaz işlərin icrası” işlərinin satın alınması |
1 974 000 AZN |
14.10.2024 |
|
2 |
“Cəbrayıl şəhərinin, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
“T.T.Ş.-İnşaat” MMC |
27 545 800 AZN |
09.10.2024 |
Cəmi : 29 519 800 AZN |
||||
|
||||
1 |
Şirvan suvarma kanalının yenidən qurulması işləri çərçivəsində Yuxarı Şirvan kanalının yenidən qurulması (II mərhələ) işlərinin satın alınması |
“Muğansutikinti” MMC |
235 000 000 AZN |
02.12.2024 |
2 |
“Ağdam şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması” işlərinin satın alınması |
“Nort Vest Konstrakşn” MMC |
50 582 642 AZN |
01.10.2024 |
3 |
“Kəlbəcər şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması” işlərinin satın alınması |
“Eren İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı |
19 007 001 AZN |
01.10.2024 |
4 |
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yeni inzibati binasının tikintisi” – (mövcud işin davamı)” |
"Ricon" MMC |
13 551 339 AZN |
31.10.2024 |
5 |
"Qubadlı rayonunun Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması" işlərinin satın alınması |
"Conrad" MMC |
12 694 390 AZN |
26.09.2024 |
6 |
“Laçın rayonunun Zabux, Sus, Bəylik və Güləbird kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"Az Graft Construction" MMC |
7 123 232 AZN |
25.09.2024 |
7 |
“Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"Rr İnvestment" MMC |
6 126 261 AZN |
25.09.2024 |
8 |
“İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı və kanalizasiya sistemlərinin layihə-smeta sənədlərinin hazırlanması” xidmətinin satın alınması |
“Ay Konsaltinq Ltd” MMC |
4 325 811 AZN |
02.10.2024 |
9 |
“Xocavənd rayonu, Xocavənd kəndinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
“Dünya Tikinti” MMC |
1 824 000 AZN |
07.10.2024 |
10 |
+41 “Şərq” su anbarında su kəməri qurğularının yenidən qurulması işlərinin satın alınması |
"Hidro İnşaat Servis" MMC |
1 772 257 AZN |
19.11.2024 |
11 |
Ağdam rayonunun Sarıcalı kəninin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması” işlərinin satın alınması |
"Rəmzi" MMC |
1 609 440 AZN |
25.09.2024 |
12 |
Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatının (117,3 hektar) suvarma suyu ilə təminatı |
Real-İnşaat MMC |
840 533 AZN |
19.11.2024 |
13 |
"Ağstafa rayonunun kəndlərinin suvarma suyu ilə təminatı" işlərinin satın alınması |
"Sutikinti Təmir" MMC |
790 000 AZN |
26.09.2024 |
14 |
“Sərsəng su anbarının layihələndirilməsi” xidmətinin satın alınması |
"Temelsu Uluslararası Mühendislik Hizmetleri Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı Filialı |
784 000 AZN |
04.10.2024 |
15 |
“Meliorasiya və su təsərrüfatı obyektlərinin texniki vəziyyətinin qiymətləndirilərək elektron kadastr məlumatlarının və xərtitəsinin hazırlanması" xidmətinin satın alınması |
"Datum" MMC |
256 800 AZN |
01.10.2024 |
16 |
Şamaxı rayonunun Böyük Xınıslı kəndinin su təchizatı |
"Aztikintiservis" MMC |
230 089 AZN |
21.10.2024 |
17 |
“Nəqliyyat vasitələri üçün ehtiyat hissələri və servis xidmətinin” satın alınması |
"Sülh" Firması |
226 821 AZN |
28.10.2024 |
Cəmi : 356 744 616 AZN |
||||
YEKUN : 535 733 457 AZN |