Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi “Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən “Bakı-55” hərbi şəhərciyi Müdafiə Nazirliyi Baş Klinik Hospitalın ərazisində yerləşən 300 çarpayılıq “Cərrahiyə korpusu” binasında görüləcək təmir işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “SS İnşaat” MMC olub. Şirkətlə 3 milyon 152 min 703.47 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 681 min 054.94 manat dəyərindəki “Gəncə şəhəri 2 və 23 nömrəli tam orta məktəb binalarının dam örtüklərinin dəyişdirilməsinin satın alınması“ tenderi üzrə müqavilə imzalanıb (12.12.2022) .