Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tikilməkdə Olan Müəssisələr Müdiriyyəti “Bakı, Mingəçevir şəhərlərində və Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “SS İnşaat” MMC olub. Şirkətlə 195 min 915 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Qobustan Rayon İcra Hakimiyyəti Başçısının Qobustan Şəhəri Üzrə İcra Nümayəndəliyinin 395 min 877manat məbləğindəki “Abadlıq işləri” ilə bağlı tenderini (02.11.2022) qazanıb.