Sosial Xidmətlər Agentliyi daha iki tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, qalib şirkətlər aşağıdakı tenderlər üzrə müəyyən edilib.
"Sosial Xidmətlər Agentliyi" tərəfindən Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinin balansında olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Q.Qarayev küçəsi, 14 ünvanında yerləşən inzibati binasında cari təmir işlərinin satın alınması" tenderinin qalibi "Kriptonit İnşaat" QSC (VÖEN: 5501666591) olub.
Şirkətlə 97 756 manat məbləğində müqavilə imzalanıb.
"Sosial Xidmətlər Agentliyinin Bakı filialının nəzdində İxtisaslaşmış Sosial Xidmət Mərkəzi (Günərzi mərkəzi) üçün xüsusi avadanlıq və ləvazimatların satın alınması" tenderinin qalibi isə fiziki şəxs Nuranə Nurməmmədqızı Abdullayeva (VÖEN: 1501187782) olub.
Şirkətlə 22 378 manat məbləğində müqavilə imzalanıb.