Dövlət Dəniz və Liman Agentliyi mebel avadanlıqlarının satınalınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1703188621
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2 B
Müsabiqənin başlama tarixi və vaxtı: 21.06.2023 17:55
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 14.07.2023 10:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.07.2023 17:56
Zərflərin açılış tarixi və vaxtı: 25.07.2023 10:00
Müqavilə üzrə ödəmələr İcraçının təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, təhvil verilmiş mallara (iş və xidmətə) mütənasib olaraq, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə köçürmə yolu ilə aparılır
Çatdırılma yeri - Bakı şəhəri ,Səbail rayonu, Bayıl qəs., Xanlar küç 2B ( Dövlət Dəniz və Liman Agentliyinin inzibati binası)
Çatdırılma müddəti - 2023-cü il ərzində (satınalan təşkilatla razılaşdırılmış tarixlərdə)
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Elçin Ərbəşiyev, Şöbə müdiri
Email: [email protected]
Əlaqə telefonu: 055-927-97-47
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
Kreslo (rəhbər heyəti üçün) |
Arxalıq hündürlüyü 800 mm. Oturacaq hündürlüyü 475-535 mm. Oturacaq eni 500 mm. Material: yüksək keyfiyyətli dəri material. Material rəngi: qara və ağ. Xrom materialda qoltuqlu və qoltuq üzərində qol qoyulan hissədə 2 sm qalınlığında, üz hissəsi dəridən və içəri hissəsi xüsusi yumşaq materialdan ibarət xüsusi qatı olan. Dəmir xrom 2-li mexanizm. 2-li mebel təkərləri. Xrom amartezatorlar. Kürəyi açılıb hərəkət edən. kürək hissəsinin baş tərəfi və kənarları qabarıq.Hərəkətli boyun dəstəyi. Hərəkətli qolluqlar. Qol dayaqlarının hündürlüyünün tənzimlənməsi. Oturacaq hissəsinin hündürlüyünün tənzimlənməsi. Fırlanan. Ortopedik. Paslanmayan polad çərçivə, yüksək möhkəmlikli konsol ayaq çərçivəsi. Maksimum yük 120 kq.Qeyd edilən ölçülər üzrə +- 5 sm qəbul ediləndir. |
3 |
ədəd |
2 |
Kreslo (şöbə müdiri) |
Arxalıq hündürlüyü 740 mm parça materialdan tor . Oturacaq hissənin yerdən hündürlüyü 440-530 mm. Oturacaq eni 500 mm. Dərinlik 500 mm. Material: yüksək keyfiyyətli parça. Material rəngi: boz və ya qara. Xrom materialdan korpus üzərində qol qoyulan hissədə plastik material örtüklü, yüksəkliyi tənzimlənən hərəkətli qollar. Dəmir xrom 2-li mexanizm. 2-li mebel təkərləri. Xrom amartezatorlar. Kürəyi açılıb hərəkət edən. Oturacaq hissəsinin hündürlüyünün tənzimlənməsi. Fırlanan. Paslanmayan polad çərçivə, yüksək möhkəmlikli konsol ayaq çərçivəsi. Maksimum yük 120 kq.Qeyd edilən ölçülər üzrə +- 5 sm qəbul ediləndir. |
13 |
ədəd |
3 |
Kreslo (işçilər üçün |
Kürək hissəsinin hündürlüyü 700 mm eni 450 mm. Oturacaq hissənin yerdən hündürlüyü 460 mm, oturacaq eni 500 mm, dərinlik 450 mm. Kürək hissəsinin çiyin hündürlüyünə qədər olan hissəsi tor şəkilli parça materialdan yuxarı hissəsi süni dəri. Oturacaq hissəsi yüksək keyfiyyətli aşınmaya davamlı möhkəm parça materialdan.Rəng:qara. Yüksək keyfiyyətli sınmaya davamlı xrom və plastik materialdan qollar, ümumi korpus metal, sürtünmə təkərləri, oturacaq hissəsinin hündürlüyünün tənzimlənməsi. Paslanmayan polad çərçivə, yüksək möhkəmlikli konsol ayaq çərçivəsi. Maksimum yük 120 kq. Qeyd edilən ölçülər üzrə +- 5 sm qəbul ediləndir. |
36 |
ədəd |