Sosial Tədqiqatlar Mərkəzi p.h.ş. (STM) 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az xəbər verir ki, qurumun əsas əməliyyat gəlirləri 1 milyon 846 min manat olub. Bu əvvəlki illə müqayisədə 2 milyon 942 min manata yaxln və ya 2,6 dəfə azdır.
İşçi heyətinə bu dövrdə 965,5 min manat xərc çəkilib. Çəkilən xərclər son bir ildə 0,1% artıb.
Qurumun inzibati və digər əməliyyat xərcləri də 4 dəfə artaraq 734,3 min manat olub.
Beləliklə Sosial Tədqiqatlar Mərkəzi 2022-ci il ərzində 631 min manat zərər edib. 2021-ci ildə qurum 3.04 mln. manat xalis mənfəət əldə etmişdi
Sosial Tədqiqatlar Mərkəzinin aktivləri 2022-ci ildə 4 milyon 446 min manat olub. Aktivlər əvvəlki illə müqayisədə 631,5 min manat, yaxud 12,4% azalıb.
Aktivlərin 3 milyon 620 min manatını uzunmüddətli, 825,6 min manatını qısa müddətli aktivlər təşkil edib.
Pul vəsaitləri və onun ekvivalentləri 653,5 min manat olub ki, bu göstərici də son bir ildə 2,1 dəfə azalıb.
Qurumun 2022-ci ildə heç bir öhdəliyi olmayıb. Buna görə də kapitalın həcmi aktivlərdə olduğu kimi 12,4% aşağı düşərək 4 milyon 446 min manat olub.
Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 947 min 407 manat olub. Bu mənfəət 2021-ci illə müqayisədə 631 min 101 manat, yəni 24,5% azalıb.
Nizamnamə kapitalı isə dəyişməyərək 1 milyon 280 min 338 manat olaraq qalıb.