“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxsi (VÖEN – 1702596741) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti inzibati və texniki infrastrukturun kompleks istismar, texniki dəstək və sanitar-logistika təminatı üzrə xidmətlərin göstərilməsidir. Ehtimal olunan qiymət 204 min 170 manat 68 qəpik təşkil edir.
Müsabiqə 1 dekabr 2025-ci il, saat 09:24-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 23 dekabr 2025-ci il, saat 11:00, zərflərin açılışı isə həmin tarixdə və 11:00-da keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manatdır. Bu ödənişlər geri qaytarılmır.
Əlaqələndirici şəxs – Nurlan Musayev, aparıcı məsləhətçi
Telefon: +994 12 510 70 78
E-mail: [email protected]
İddiaçılar təkliflərini 23 dekabr 2025-ci il, saat 11:00-a qədər İ.Qutqaşınlı küçəsi 18 ünvanına təqdim edə bilərlər.











