Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azərkimya" İstehsalat Birliyi “Azərikimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun kompressorlarının sinxron mühərriklərinin təmir olunması məqsədi ilə tələb olunan Stator dolağı seksiyası və Klinlərin satınalınması üçün açıq müsabiqə elan edir.
MİDA-nın böyük tenderlərini kim qazanır? - ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az xəbər verir ki, Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər aşağıdakılardır:
- Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);
- İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);
- Müsabiqə təklifinin təminatı (kommersiya təklifi açılan zaman tələb olunacaq.Forma əsas şərtlər toplusunda veriləcəkdir);
- Müsabiqə təklifi.
Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.07.2021-ci il, Bakı vaxtı ilə saat: 17:00-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaqdır.
Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.
Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:
Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 23.07.2021-ci il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir. Müsabiqə zərflərinin açılışı günü texniki təkliflər ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcəkdir. Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcəkdir. Yəni, malliyyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndiirlməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaqdır. Texniki qiymətləndirmə bitdikdən sonra iddiaçılar müvafiq vaxt təyin edilərək satınalan təşkilata dəvət olunacaq, əsas şərtlər toplusunun texniki tələblərinə cavab verməyən təklif təqdim etmiş İddiaçıların maliyyə təklifləri açılmadan geri qaytarılacaq, texniki qiymətləndirmədən uğurla keçən İddiaçıların təklifləri təminat məktubu olduğu təqdirdə açılaraq bəyan ediləcəkdir. Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş İddiaçıların təklifləri qəbul edilməyəcəkdir.
- Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayyəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.
- İddiaçının nümayəndələri qeydiyyatdan keçmələri üçün ən az yarım saat öncədən Satınalan təşkilata gəlməlidirlər.
- Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.
- İştirakçının inzibati binaya buraxılışını təmin emtək üçün müraciət məktubunda iddiaçı şirkəti təmsil edəcək şəxsin adı, soyadı, vəzifəsi mütləq qeyd olunmalıdır.
İddiaçını müsabiqədə təmsil edəcək şəxslə bağlı sonradan edilən dəyişiklik qəbul olunmayacaqdır.
Müsabiqə təklifinin təminatı :
Müsabiqə təklifinin təminatı, bank qarantiyası formasında iddiaçının müsabiqə təklifinin ümumi qiymətinin 1 (bir) %-i məbləğindən az olmamaq şərtilə, 23.07.2021-ci il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır. Bank qarantiyalarının əsli müsabiqə zərfində müsabiqə təklifi ilə birlikdə təqdim edilməlidir. Müvafiq təminatı təqdim edilməyən təklif rədd ediləcəkdir.
Qarantiyanı vermiş maliyyə təşkilatı Azərbaycan Respublikasında və/və ya beynəlxalq maliyyə əməliyyatlarında qəbul edilən olmalıdır. Satınalan təşkilat etibarlı hesab edilməyən bank qarantiyaları qəbul etməmək hüququnu özündə saxlayır.
Əgər satınalma müsabiqəsində iştirak etmək istəyən şəxslər digər növ təminat (akkreditiv, qiymətli kağızlar, satınalan təşkilatın müsabiqəyə dəvət sənədlərində göstərilmiş xüsusi hesabına pul vəsaitinin köçürülməsi, depozitlər və digər maliyyə aktivləri) təqdim etmək istədikdə təminat növünün mümkünlüyü barədə elanda göstərilmiş əlaqələndirici şəxsə sorğu verməlidir.
İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:
- Müsabiqənin əsas şərtlər toplusunu əldə etmək istəyənlər əlaqələndirici şəxsə iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət məktubunu (elektron və ya çap) təqdim etməklə əsas şərtlər toplusunu (elektron və ya çap) Azərbaycan, ingilis və ya rus dilində əldə edə bilərlər.
- Qeyd olunmuş sənədlər elanın I paraqrafında göstərilmiş tarixədək iş günü ərazində saat 09:00-dan 17:30-a kimi təqdim və qəbul edilə bilər.
- İştirak haqqı 510 .00 AZN (ƏDV ilə) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyutadır və Satınalan təşkilatın aşağıdakı bank hesabına ödənilməlidir:
Azərbaycan Beynəlxalq Bankı ASC,
AZ38IBAZ38010019449306332120,
VÖEN: 9900003871,
Müştəri xidməti Departamenti,
Kod: 805250,
Müxbir hesab: AZ03NABZ01350100000000002944,
VÖEN: 9900001881,
SWIFT BIK: İBAZAZ2Х
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın ünvanı:
AZ5000
Azərbaycan Respublikası
Sumqayıt şəhəri
Səməd Vurğun küçəsi 86
Əlaqələndirici şəxs:
Sabir Əhmədov
Telefon nömrəsi: +994 12 521 00 00 (dax: 31121 / 31044)
Mob: +994 50 843 11 50
Faks nömrəsi: +994 12 521 00 00
Elektron ünvan: [email protected]