Azərbaycanda böyük tikinti layihələri reallaşdıran dövlət təşkilatı - Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tenderlərinin qalibləri məlum olub.
Penitensiar Xidmətin tenderlərini kim udur – TENDERLƏR, SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, hazırda Agentlik əhalinin mənzilə olan tələbatını təmin etmək məqsədilə ölkənin müxtəlif ərazilərində güzəştli qiymətə mənzillərin və yaşayış binalarının tikintisini həyata keçirir. Belə mənzillər Bakıda (Yeni Yasamal və Hövsan yaşayış kompleksləri), eləcə də Gəncə və Sumqayıtda həyata keçirilir.
Bu mənzillər müvafiq kateqoriyaya aid olan əhali qrupuna güzəştli şərtlərlə (güzəştli ipoteka krediti və endirimlə qiymətlə nağd satışla) satılır.
İri tikinti layihələrinin inşası ilə əlaqədar olaraq MİDA tikinti xidmətlərinin alışı sahəsində ölkənin ən böyük satınalan təşkilatlarından birinə çevrilib.
FED.az xəbər verir ki, 2020-ci il və 2021-ci ilin ilk yarım illiyə ərzində MİDA ümumi dəyəri 290 milyon manat olan 67 satınalma həyata keçirib. Bunun böyük hissəsi tikinti xidmətlərinin payına düşür.
Agentlik tikinti və quraşdırma sahəsində 22 şirkətlə iri müqavilələr bağlayıb. Bu dövrdə ən böyük sifarişləri “HN Construction” MMC əldə edib. Bu təşkilat 4 tenderin qalibi olaraq 49,3 milyon manatlıq sifariş qazanıb.
«Hünər» İnşaat Firması 3 tenderlə ümumilikdə 36,1 milyon manatlıq sifariş əldə edib. «Chinar İnshaat» MMC 2 tenderi qazanmaqla 25,4 milyon manatlıq, «Enerji Qrup» isə 2 tenderi qazanmaqla 21,8 milyon manatlıq tikinti sifarişi alıb.