2021-ci ildə Azərbaycanda hökumətin əsas fəaliyyət istiqamətlərindən biri dövlət vəsaitlərinin xərclənməsinə və tenderlərə nəzarətdir.
Eləcə də bax: Hökumət bu il görəcəyi əsas işləri açıqladı - SİYAHI
FED.az xəbər verir ki, dünən keçirilən müşavirədə bildirilib ki, tenderlərdəki şişirdilmiş qiymətlərlə mübarizə artırılacaq.
Hökumət bu il dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyətinin yüksəldilmənə, maliyyə intizamını gücləndirməyə və nəzarət mexanizmləri sistemi təkmilləşdirilməyə hazırlaşır.
Əsas istiqamət kimi - dövlət satınalmalarının şəffaflığı və effektivliyi göstərilib. «Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir»-deyə hökumətin açıqlamasında bildirilir.