Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Məktəbəqədər Təhsil Müəsissələri və Uşaq evləri İdarəsinin Körpələr Evi Uşaq Bağçaları, Uşaq Bağçaları xüsusi uşaq Bağçaları və Uşaq evlərində görüləcək işlərlə bağlı daha bir tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Bakı Şəhər İcra Hakimiyyəti 4,5 milyon manatlıq tenderlərə - YEKUN VURUB
FED.az xəbər verir ki, tenderi "Star Construktion-12" QSC qazanıb.
İcra hakimiyyətinin tabeliyində olan idarə kommunal kommunikasiya xətlərinin təmiri işləri üçün "Star Construktion-12" QSC-yə 1 milyon 102 min 997 manat ödəyəcək.
Xatırladaq ki, 15 sentyabrda Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi "Star Construktion-12" QSC ilə abdlıaq işlərinin satınalınması üçün 148 min 915 manat məbləğində müqavilə imzalamışdı.