Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi Körpələr Evi Uşaq Bağçaları, Uşaq Bağçaları xüsusi uşaq Bağçaları və Uşaq evlərinə alınacaq mallar üçün keçirdiyi tenderlərinin qaliblərini açıqlayıb.
FED.az xəbər verir ki, 4 tenderdən 3-ün "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC, 1-in "Star Construktion-12" QSC qazanıb.
Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi 4 tenderə ümumilikdə 4 milyon 471 min 244 manat xərcəlyəcək.
Belə ki, idarə "Tikinti-Təmir-Təchizat-Bərpa" QSC-yə 4 milyon 322 min 329 manat ödəyəcək. Bu tenderlərin adları və məbləğləri aşağıdakılardır:
- Yanğın söndürən balonların doldurulması və tədbir üçün müxtəlif kostyumların alınması – 1 milyon 484 min 453 manat;
- Mebel və avadanlıqların satınalınamsı – 1 milyon 301 min 494 manat;
- Maşın və avadanlıqların alınması – 1 milyon 536 min 382 manat.
"Star Construktion-12" QSC ilə 148 min 915 manat məbləğində 1 müqavilə imzalayıb
- abadlıq işlərinin satınalınması – 148 min 915 manat.