“Hüquq və İnsan Haqları İnstitutu” PHŞ tərəfindən nəqliyyat vasitəsinin kasko sığortalanması ilə bağlı elan olunmuş kotirovka sorğusu ləğv edilib.
Bu şirkət Murtuza Muxtarovun ev muzeyinin bərpasından 7 milyon - PUL QAZANACAQ
FED.az xəbər verir ki, ləğv edilmənin səbəbi olaraq təklif təqdim etmiş və lazımi lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Qanunvericiliyə əsasən, bu hal Satınalmalar haqqında Qanunun 36.1.1-ci maddəsinə uyğun olaraq müsabiqənin ləğvinə səbəb olur.
Rəsmi olaraq yayımlanan ləğv edilmə mətnində isə qeyd olunur ki, təklif təqdim edilmədiyinə görə sorğu ləğv edilib.
Müsabiqənin detalları aşağıdakılardır:
-
Ehtimal olunan qiymət: 1.288,50 AZN
-
Kotirovka sorğusunun dərc edilmə tarixi və vaxtı: 07.03.2025, saat 11:51
-
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.04.2025, saat 12:00
-
Zərflərin açılış tarixi və vaxtı: 02.04.2025, saat 12:00
Sığortalanması nəzərdə tutulan nəqliyyat vasitəsi 2023-cü il istehsalı Toyota Camry markalı avtomobildir. Avtomobil hazırda rəsmi servisdə zəmanət altındadır və balansda olduğu müddətdə onun illik kasko sığortalanması üçün müsabiqə keçiriləcəkdi.