“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ““Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya parkı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa yenidənqurması)” tenderinin nəticələrini elan edib.
Bakıda 12 hektar ərazidə yeni park salınacaq - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “Cronos Construction” MMC (VÖEN: 1502591411) olub.
Qalib şirkətə 7 040 949 manat ödəniləcək.
Qeyd edək ki, “Cronos Construction” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 200 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlham Əliyev Fərrux oğludur. Hüquqi ünvanı AZ1106, Bakı şəhəri Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 28 ünvanında yerləşir.