Aqrar Sığorta Fondu kotirovka sorğusu elan edir.
FED.az xəbər verir ki, elanda auditor xidmətinin satınalınması nəzərdə tutulur.
Qeyd edək ki, auditor xidmətləriə aşağıdakılar daxildir :
1.Maliyyə vəziyyəti haqqında hesabat.
2.Maliyyə nəticələri haqqında hesabat.
3.Kapitalda dəyişiklikər haqqında hesabat.
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.
5. Maliyyə hesabatları üzrə qeydlər.
6.BMHS-nın 17-ci standartına keçidlə bağlı tövsiyələrin verilməsi.
7.Müqavilənin qüvvədə olduğu müddət ərzində yaranmış suallarla bağlı audit rəylərinin verilməsi.
Müsabiqədə iştirak haqqı 41 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i : 2006034771
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Nobel prospekti 175, Nobel Plaza
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 21.02.2024 12:37
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 11.03.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 11.03.2024 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Fuad Məmmədov, maliyyə və təsərüffat şöbəsinin aparıcı mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 055-222-11-41