Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Şəmkir Aqropark ərazisində həcmi 50 000 m³ olan rezervuarın və sərfi Q=0.40 m³/san olan nasos stansiyasının tikintisi işlərinin layihələndirib-tikinti işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Qarabağ Er» MMC olub. Şirkətlə 2 milyon 200 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də həmin qurumun 790 min 280 manat məbləğində “Oğuz rayonunun Qarabulaq kəndinin həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri üzrə tikinti işlərinin” satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (29.11.2022).