Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Yevlax və Goranboy rayonları ərazisində 3120 ha əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Hovers Group» MMC olub. Şirkətlə 1 milyon 292 min 435manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də MİDA-nın 17 milyon 731 min 843 manat məbləğində “47, 48, 50 və 51 nömrəli 9 mərtəbəli 2 bloklu, 49 və 52 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi” tenderi üzrə müqavilə bağlanılıb (30.11.2020).