FED.az xəbər verir ki, “Euroline” QSC şirkəti 2022-2023-cü illər ərzində müxtəlif dövlət qurumları tərəfindən keçirilən tenderlərdən ümumi dəyəri 43 111 050 manat olan 5 tenderin qalibi seçilib. Şirkətin qalib gəldiyi ən iri məbləğli tender Ədliyyə Nazirliyi tərəfindən elan olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması ilə bağlı olan tenderdir. Hansıki sözügedən tenderin məbləği 21 650 000 manat təşkil edir.
Ağır Cinayətlər Məhkəməsi üçün "ağır məbləğlər" - 21 milyon manata yeni bina tikiləcək!
Qeyd edək ki, “Euroline” QSC 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Muhammad Asifdir. Hüquqi ünvanı AZ5526, Şəki Rayonu, Qoxmuq, kəndi ünvanında yerləşir.
Şirkətin qalibi olduğu tenderlər, tarixləri və ən əsası satınalma predmetləri haqqında məlumat aşağıda təqdim etdiyimiz cədvəldə öz əksini tapmışdır :
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
1 |
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi |
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması |
21 650 000 AZN |
25.12.2023 |
2 |
Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti |
“Balakən rayonunun Mahamalar və digər yaşayış məntəqələrinin Balakənçay və Katexçay sel sularından mühafizəsi tədbirləri” |
11 300 014 AZN |
11.09.2023 |
3 |
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
İsmayıllı rayonunun Zeyvə kəndi ərazisində, Muğanlı-İsmayıllı avtomobil yolunun 16-cı km-də “DOST evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi işləri |
5 499 998 AZN |
18.08.2022 |
4 |
Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti |
Qusar rayonunun Girik kəndinin və sərhəd zastavasının Samur çayının sel sularından mühafizəsi |
2 677 038 AZN |
12.10.2022 |
5 |
Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti |
“Samur çayında məcratəmizləmə və sahilbərkitmə işlərinin aparılması” |
1 984 000 AZN |
11.09.2023 |
CƏMİ : 43 111 050 |