Ədliyyə Nazirliyi “Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni inzibati binasının tikinti işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu inzibati bina icarəsinə - 584 MİN ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Euroline” QSC olub.
Şirkətlə 21 650 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “Euroline” QSC 1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 200 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Muhammad Asifdir. Hüquqi ünvanı AZ5526, Şəki Rayonu, Qoxmuq, kəndi ünvanında yerləşir.