2020-ci ilin yanvar-sentyabr aylarında Şəki rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 7 milyon 524 min 178 manat olan 37 tender keçirilib.
Eləcə də bax: Lənkəranda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, ən çox tenderi Şəki rayon İcra Hakimiyyəti keçirib. İdarə 11 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 11 tenderin ümumi məbləği 5 milyon 679 min 212 manat olub.
Bundan başqa, rayonda Şəki Mərkəzi Rayon Xəstəxanası, Şəki Suvarma Sistemləri İdarəsi, Şəki Regional Mədəniyyət İdarəsi, Şəki Subartezian Quyularının İstismarı İdarəsi, Şəki Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Şəki Turizm İnformasiya Mərkəzi və başqa qurumlar tenderlər keçirib.
Rayonda ən böyük tenderi "Akkord STİK" ASC qazanıb. ASC Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi üçün icra hakimiyyəti ilə 3 milyon 624 min 820 manat məbləğində müqavilə bağlayıb.
FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Şəki rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.