2020-ci ilin yanvar-sentyabr aylarında Lənkəran rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon min 128 min 726 manat olan 18 tender keçirilib.
Eləcə də bax: Ağstafada dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, ən çox tenderi Lənkəran rayon İcra Hakimiyyəti keçirib. İdarə 6 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 6 tenderin ümumi məbləği 1 milyon 940 min 676 manat olub.
Bundan başqa, rayonda Lənkəran rayon Mərkəzi Xəstəxanası, Lənkəran Tibb Kolleci, Lənkəran şəhər Onkoloji Xəstəxanası, Lənkəran Turizm İnformasiya Mərkəzi və Lənkəran şəhər Xüsusi İnternat Məktəbi tenderlər keçirib.
FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Lənkəran rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.