Şəki Şəhər İcra Hakimiyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Şəki Şəhər İcra Hakimiyyətinin yeni tikilən inzibati binası üçün 1000 kVA gücündə dizel generatorunun və avadanlıqların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 3000072051
Satınalan təşkilatın ünvanı: Az 5500 20 Yanvar küçəsi, 8
Müsabiqənin başlama tarixi və vaxtı: 10.07.2023 18:10
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 31.07.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.08.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 09.08.2023 11:00
Ödəniş şərtləri - cari il ərzində
Çatdırılma yeri - Şəki Şəhəri
Çatdırılma müddəti - cari il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Sahibkarlıq subyektinin bölgüsü
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
Maliyyə vəziyyəti və kredit borcunun olub olmaması haqqında bank arayışı
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nəbiyev Cahangir, Baş məsləhətçi
Email: [email protected]
Əlaqə telefonu: 0242442482