Şəki Şəhər İcra Hakimiyyəti “Şəki şəhərində Yolların asfalt-betonla əsaslı təmiri işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi “Harmony İndustrial Construction And Engineering Group” MMC seçilib. Şirkətlə 534 min 177.74 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Saatlı Rayon İcra Hakimiyyətinin 348 min 243.71 manat dəyərindəki “Saatlı şəhəri ərazisində yolların əsaslı təmiri işləri” tenderi üzrə müqavilə bağlanılıb (09.12.2022) .