“Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən elan edilən və 2.535.068,75 AZN dəyərində qiymətləndirilən böyük həcmli satınalma müsabiqəsi ləğv edilib.
Gəncə şəhər stadionu yenidən qurulur - 90 MİLYONLUQ TENDERLƏR UDULDU
FED.az xəbər verir ki, tender xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan dərman preparatları, tibbi ləvazimatlar və sərfiyyat materiallarının alınmasını nəzərdə tuturdu.
Müsabiqə 24 aprel 2025-ci il tarixində saat 16:50-də elan olunmuşdu, təkliflərin qəbulu üçün son tarix isə 26 may 2025-ci il saat 12:00 olaraq göstərilmişdi. Elə zərflərin açılış tarixi də həmin gün və saat üçün planlaşdırılmışdı.
Lakin 02 iyul 2025-ci il tarixində keçirilən qiymətləndirmələrdən sonra nəzarət orqanının qərarı əsasında tenderin ləğvi rəsmən elan olunub. Rəsmi səbəb olaraq qanunvericiliklə müəyyən edilmiş hallara əsaslanan nəzarət müdaxiləsi göstərilib, detallar açıqlanmayıb.