Səhiyyə Nazirliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda HİV/AİDS, Vərəm və Malyaria Proqramının Layihə Əlaqələndirmə Bürosu 2 ədəd minik avtomobilinin təkliflər sorğusu üsulu ilə satın alınması nəzərdə tutulur.
Malgöndərənlərin (podratçılar) ixtisas göstəriciləri və malların (işlərin və xidmətlərin) texniki və qiymət təklifləri ayrılıqda qapalı, ikiqat zərfdə imzalanıb möhürlənərək, Bakı şəhəri, Ak. Tərlan Əliyarbəyov 3 ünvana 14 avqust 2023-cü il saat 13:00 tarixə qədər təqdim olunmalıdır.
Müsabiqəyə təqdim olunan təklifdə, malların (işlərin və xidmətlərin) qiyməti, nəqliyyat, sığorta, vergi, gömürük rüsumları və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.
Təklif zərfləri 14.08.2023-cü il saat 16:00 tarixdə Bakı şəhəri, Ak. Tərlan Əliyarbəyov 3 ünvanında açılacaqdır.
Əlaqə: email: [email protected], tel.: +99412498 20 32