Səhiyyə Nazirliyinin "Minik avtomobillərin satınalınması ( (Qlobal Fond HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Programın Lahiyəsinin Əlaqələndirmə Bürosu)" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır.
Ləğv edilmə mətni - iddiaçı sayı 3-dən az olduğundan ləğv edilir.
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.