Səhiyyə Nazirliyi Şuşa və Cəbrayılda mərkəzi xəstəxanaların tikintisinin geoloji-mühəndisi işləri və layihə-smeta sənədlərinin hazırlanmasına 997,9 min manat yönəldəcək.
Eləcə də bax: XİN-in binasını təmir edəcək şirkət - MƏLUM OLDU
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfaks-a istinadən xəbər verir ki, "İba Group" MMC ilə iki müqavilə imzalanıb.
Birinci müqavilə Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın tikintisinin geoloji-mühəndisi işləri,layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarətini nəzərdə tutur. Müqavilənin dəyəri - 498,8 min manatdır.
İkinci müqavilənin şərtlərinə əsasən, şirkət Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxananın geoloji-mühəndisi işləri aparmalıdır və layihə- smeta sənədlərini hazırlamlıdır. Müqavilənin dəyəri – 499,1 min manatdır.