Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi UNİCEF ilə təxminən 4 milyon manatlıq müqavilə bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş vaksinlər və tibbi təyinatlı vasitələrin alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 3 425 519 manatdır.