Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə 16 ədəd Şəki şəhərindən 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 600 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1700093011
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 15.03.2024 18:13
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.04.2024 15:00
Zərflərin açılış tarixi və vaxtı: 24.04.2024 15:00
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Mustafa Məhyəddinov, Məsləhətçi
Email : [email protected]
Əlaqə telefonu : 012 526 01 01 2634