Dövlət Şəhərsalma və Arxitertura Komitəsi Tovuz rayonunun Qovlar şəhərinin baş planının tərtibi üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
Eləcə də bax: 10 manata yaradılan şirkət bu rayonun - 2 İLDİR ABADLIQ TENDERLƏRİNİ UDUR - MƏBLƏĞ
FED.az xəbər verir ki, şəhərin baş planını "Renessans Studio" MMC tərtib edəcək.
Komitə şəhərin baş planının tərtibi üçün "Renessans Studio" MMC ilə 105 min manatlıq müqavilə bağlayıb.
Xatırladaq ki, Tovuz rayonu ərazisində yerləşən Qovlar 7 mart 2012-ci il tarixində şəhər statusu alıb.