Yevlax Şəhər İcra Hakimiyyəti 2021-ci il üçün yolların əsaslı təmiri işlərinin Satın alınması məqsədilə açıq tender elan edir.
Milli Elmlər Akademiyası tender - ELAN EDİR
FED.az xəbər verir ki,tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin tələb olunan yerinə yetirilmə müddəti: 31.12.2021-ci il tarixinə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərsiniz.
Əlaqələndirici şəxs: Məmtiyev Raquf
Ünvan: Yevlax şəhəri, Azərbaycan küçəsi 3
E-mail: [email protected]
Telefon: (02233) 6-49-38
Tender 1 (bir) lot üzrə keçiriləcək.
Lot-1. Yevlax şəhərində yolların təmiri
Maraqlananlar tenderin Əsas şərtlər toplusunu (Əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak etmək üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
LOT-1 – 100 AZN (yüz) manat
H/h: AZ4900000000000002515031
VÖEN: 2200074151
Büdcə səviyyəsi: 7 y
İnzibati təsnifat: 142330
Bank: Dövlət Xəzinədarlıq Agentliyi
KOD: 210005
VÖEN: 1401555071
SWİFT BİK: CTRE AZ-22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2.Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3.Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
4.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
4.1.Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
4.2.Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
4.3. Maliyyə vəziyyəti haqqında bank arayışı;
4.4.Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan RespublikasınınVergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasına dair arayış;
4.5.İddiaçının nizamnaməsi;
4.6.Dövlət reyestrindən çıxarış (qeydiyyatdan keçdiyi ölkə)
4.7.İddiaçının rekvizitləri;
4.8.Satınalma prosedurlarının başlamasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərin yanlış göstərilməsi ilə əlaqədar cinayətə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar- (məhkumluq barədə arayış);
4.9.İddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı arayış.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 20 oktyabr 2021-ci il tarixində saat 17:00 tarixə kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 28 oktyabr 2021-ci il tarixində, saat 17:00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 29 oktyabr 2021-ci il tarixində saat 17:00-da elektron portal vasitəsilə açılacaqdır.