Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının yerləşdiyi bina və ərazilərdə (inzibati və laboratoriya binaları, istehsalat, yardımçı və s. təyinatlı tikililər, xidmət sahələri, o cümlədən aidiyyəti ərazilər daxil olmaqla) təmir işlərinin satınalınması (II mərhələ) məqsədilə tender elan edir.
Təhsil Nazirliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif olunur ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar 500,00 (beş yüz) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN: 1700007431
Bank: DXA
Kod: 210005
VÖEN: 1401555071
M/H: AZ41NABZ01360100000000003944
SWİFT: CTREAZ22
H/H: AZ28CTRE00000000000004138316
Fond: 7, Büdcə təsnifatı kodu: 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması;
- iddiaçıların son 1 (bir) ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçıların son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun “malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat forması”na uyğun olaraq);
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə məlumatlar;
- kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN);
- mənfəət vergi bəyannaməsi (əvvəlki ilin);
- kommersiya qurumunun mikro, kiçik və orta sahibkarlıq subyekti meyarına aid olmalı və bu barədə vergi orqanından müvafiq arayış;
- iddiaçıların son 1 (bir) ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs: Rizvan Həsənov
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 30 ünvanında yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.
Telefon: (012) 497 69 41
E-mail: [email protected]
İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 15 oktyabr 2021-ci il saat 15:00-a, tender təklifini və təklifin bank təminatını isə 25 oktyabr 2021-ci il saat 16:00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olunmayacaqdır.
İddiaçıların tender təklifi zərfləri 26 oktyabr 2021-ci il saat 15:00-da dövlət satınalmalarının vahid internet portal vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.