Mədəniyyət Nazirliyi Yaninda Mədəni Irsin Qorunmasi, Inkişafi Və Bərpasi Üzrə Dövlət Xidməti Şuşa şəhəri ilə bağlı tenderlərin nəticələrini açıqlayıb.
Eləcə də bax: Azərbaycanın növbəti «tender çempionu» - TENDERLƏRDƏN 40 MİLYON MANAT UDUB
FED.az xəbər verir ki, sözügedən tenderlər barədə elanlar dövlət satınalmaları üzrə vahid portalda yerləşdirilməyib. Nəticədə tenderdə iştirak barədə məlumatın yayılması məhdudlaşdırılıb və potensial namizədlərin bir hissəsi bu tenderlərdən xəbər tutmayıb.
Birinci tender Şuşa şəhərində yeni məscid kompleksinin tikintisi ilə əlaqədar 6 ədəd beşmərtəbəli binanın, “Parlament” binasının və mədəniyyət evinin sökülməsi, ərazinin tikintiyə hazırlanması və abadlıq işlərinin aparılmasını əhatə edir. Məbləği 2 milyon 74 min manat olan tenderi
"UNİ CONSTRUCTİON" MMC (VÖEN1504593391) udub.
Sözügedən şirkət 03.06.2019 tarixində dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Bakı Şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 34, m. 30-da yerləşir, nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Qafar Seyidov Seyid oğludur.
İkinci tender Şuşa şəhərində mədəniyyət obyektlərində ilkin təmir-bərpa işlərinin görülməsi işlərini əhatə edir. Məbləği 300 min manat olan tenderi “TERRASTRUC” MMC şirkəti (1601180231) udub.
Sözügedən şirkət 25.05.2012-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov, ev 39, m. 120-də yerləşir, nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Vəliyev Həsən Yaşar oğludur.